Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

 


Facebook  Flickr  Twitter  Youtube  RSS

Xəbərlər

28 yanvar 2012

Kitabxanada “Gənclik ömrü” mövzusunda sərgi açılmışdır
Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gənclik ömrü” mövzusunda sərgi açılmışdır.

28 yanvar 2012

“Öz məşəlini alovlandır!”Monteneqro təmsilçisinin “Eurovision-2012” müsabiqəsində ifa edəcəyi mahnı müəyyənləşmişdir
Monteneqronu Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək Rambo Amadeosun ifa edəcəyi mahnı məlum olmuşdur.

28 yanvar 2012

Kitabxananın fonduna yeni kitablar daxil olmuşdur
Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasına yazıçı-jurnalist Varis Yolçuyevin kitabları daxil olmuşdur.

28 yanvar 2012

“Üns” yaradıcılıq səhnəsində Bakı tamaşaçıları dünyanın ən yaxşı qısametrajlı filmləri ilə tanış olmuşlar
AzərTAc xəbər verir ki, yanvarın 27-də Azərbaycanda ilk dəfə olaraq “Üns” yaradıcılıq səhnəsində “Future Shorts” rüblük qlobal kinofestival və animasiya proqramına daxil edilmiş ən yaxşı qısametrajlı filmlər göstərilmişdir.

28 yanvar 2012

Azərbaycan Kinematoqrafçılar İttifaqında yeni filmlərə baxış olmuşdur
Yanvarın 27-də Azərbaycan Kinematoqrafçılar İttifaqında yeni filmlərə baxış keçirilmişdir.

28 yanvar 2012

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində qocaman şairin yaradıcılıq gecəsi keçirilmişdir
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Darbaz kəndində yaşayan şair Yəhya Çobanlının yaradıcılıq gecəsi keçirilmişdir.

27 yanvar 2012

2012-ci ilin 18-22 yanvar tarixlərində Madrid şəhərində keçirilən "FİTUR" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri iştirak etmişdir.
2012-ci ilin 18-22 yanvar tarixlərində Madrid şəhərində keçirilən “FİTUR” beynəlxalq turizm sərgisində Azərbaycan lövhəsinin təşkili, “VI Exceltur Tourism Leadership Forum”unda iştirak, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və İspaniya ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əməkdaşlığın müzakirə olunması və turizm sahəsi üzrə gələcək əməkdaşlıq imkanlarının araşdırılması ilə əlaqədar Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini cənab Nazim Səmədovun rəhbərliyi altında nümayəndə heyəti İspaniyaya səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri V.Şixəmmədov, Daxili turizmin inkişafı sektorunun böyük məsləhətçisi K.Həsənova, Azərbaycan Turizm İnstitutunun rektoru C.Cəfərov, Turizm İnformasiya Mərkəzinin direktor müavini B. Qılıncov və 5 nəfərdən ibarət Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı daxildir. 

27 yanvar 2012

“Öz məşəlini alovlandır!” “Eurovision-2012” mahnı müsabiqəsini işıqlandırmaq üçün Azərbaycana 1600–dən çox jurnalist gələcəkdir
“Eurovision-2012” mahnı müsabiqəsini işıqlandırmaq üçün Azərbaycana 1600–dən çox jurnalist gələcəkdir.

Videoqalereya



Bütün videolar

Obyektlər